BMT: Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 200 mindən çox yəmənli həyatını itirib
Posted on :
Digər sahələr
12/01/2020
Səudiyyə Ərəbistanın Yəmənə 2015-ci ildən indiyədək təcavüzü nəticəsində başlayan müharibədə 200 mindən çox yəmənli həyatını itirib.
Maide.Az "almasirah" kanalına istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Yardım Koordinasiya Ofisi çərşənbə axşamı günü yayımladığı bəyanatında açıqlayıb.
Bəyanatda Yəməndə qadın və uşaqların hədəfə alınmasının qəbul edilməz adlandırılıb.
"Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün başlandığı gündən indiyədək 223 min nəfər öldürülüb. Bu insan haqları baxımından qəbuledilməzdir. Yəmən bu gün hər zamandan daha çox atəşkəsə ehtiyacı var. "
BMT Humanitar Yardım Koordinasiya Ofisi Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiya qüvvəərinin qadınlar və uşaqlar başda olmaqla Yəmənli mülki insanları hədəf almaqda israrlı olmasını pisləyib.
Xatırladaq ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
Amansız hücumlar nəticəsində öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.