header

 ‘OPEC+’ nazirlərinin görüşü təxirə salınıb

 ‘OPEC+’ nazirlərinin görüşü təxirə salınıb

Dekabrın 1-də keçirilməsi planlaşdırılan "OPEC+" (OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft hasilatının azaldılması üzrə təşəbbüs) ölkələrinin nazirlər toplantısı təxirə salınıb.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS mənbələrinə istinadən xəbər verir.
 
Məlumata görə, görüş 3 dekabr tarixində, Bakı vaxtı ilə saat 17:00-da video-konfrans formatında keçiriləcək. İclasdan əvvəlki vaxt isə qeyri-rəsmi məsləhətləşmələr üçün istifadə ediləcək.
 
Qeyd edək ki, bundan əvvəl "OPEC+" ölkələri 2021-ci ilin ilk aylarında neft hasilatının hansı həcmdə azaldılması barədə bir fikir birliyinə gələ bilməmişdi. 30 noyabr və 1 dekabr tarixlərində bir sıra "OPEC+" ölkələri nazirlər səviyyəsində bir neçə iclas keçirəcək, nəticədə razılaşma çərçivəsində alyans tərəfindən 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatının 2 mln. barel artımının olub-olmaması barədə qərar verilməlidir. Aprel ayının 12-də "OPEC+" ölkələri  nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.
Dekabrın 1-də keçirilməsi planlaşdırılan "OPEC+" (OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft hasilatının azaldılması üzrə təşəbbüs) ölkələrinin nazirlər toplantısı təxirə salınıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-01-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap