header

 İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayraq dəyişdiriləcək

 İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayraq dəyişdiriləcək

Bu gün Tehranda imam Həsənin (ə) nəvələrindən olan İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayrağın dəyişdirilmə mərasimi keçiriləcək.

Tashaio.com xəbər verir ki, noyabr ayının 20-i (Rəbiüs-sani ayının 4-ü) imamzadə həzrət Əbdüləzim Həsəninin (ə) doğum günüdür.  
 
Mərasim yerli vaxtla saat 18:00-da başlayacaq. Mövlud münasibətilə hərəmin eyvanları və zərih gül-çiçəklərlə bəzədilib. 
 
Bundan başqa bu gecə yerli vaxtla saat 19:00-da o həzrətin mövlud axşamı münasibətilə  özəl proqram təşkil olunacaq. Proqram İranın "Quran" televiziyasından  canlı yayımlanacaq. 
 
O həzrətin mövlud günü (cümə)  səhər Nüdbə duası mərasimi, Quranla üns məclisi təşkil olunacaq. Bu proqramlar da İran Dövlət Televiziyasının 2-ci, 3-cü və "Quran" kanalları vasitəsilə canlı yayımlanacaq. 
 
Koronavirus səbəbindən Həzrət  Əbdüləzimin (ə) hərəmindəki mərasimlər Əhli-beyt (ə) aşiqlərinin iştirakı olmadan təşkil olunacaq. 
Bu gün Tehranda imam Həsənin (ə) nəvələrindən olan İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayrağın dəyişdirilmə mərasimi keçiriləcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-19-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap