Səudiyyə və İraq 30 il sonra Arar sərhəd keçid məntəqəsinin yenidən açıb
Posted on :
Digər sahələr
11/18/2020
Səudiyyə və İraq 30 il sonra Arar şəhərində yerləşən sərhəd keçid məntəqəsinin yenidən açıblar.
Tashaio.com "Tasnimnew"a istinadla xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanında 15 avtobus bu sərhəd keçid məntəqəsi vasitəsilə İraqa daxil olub.
Avtobuslar İraq üçün tibbi yardımlar gətiriblər.
Arar sərhəd keçid məntəqəsinin açılış mərasimində İraq daxili işlər naziri və hər iki ölkədən rəsmilər iştirak edib.
İraq və Səudiyyə Rəsmiləri iki ölkə arasında ixracat və idxalatı artırmaq haqqında razılığa gəlib. İki ölkə rəsmiləri tezliklə Əl-Cəmimə keçid məntəqəsinin də açılacağını bildiriblər.
Qeyd edək ki, İraq və Səudiyyə Ərəbistanı arasında yerləşən Arar sərhəd keçid məntəqəsi 1990-cı ildə İraqın Kuveytə hücumu zamanı rəsmi şəkildə bağlanmışdı.