header

 Müdafiə Naizliriy cəbhədə oktyabrın 28-nə olan son vəziyyəti açıqladı

 Müdafiə Naizliriy cəbhədə oktyabrın 28-nə olan son vəziyyəti açıqladı

Müdafiə Naizliriy cəbhədə oktyabrın 28-nə olan son vəziyyəti açıqladı

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
 
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.
 
 
Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
 
Həmçinin oktyabrın 28-də saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub.
 
 
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Müdafiə Naizliriy cəbhədə oktyabrın 28-nə olan son vəziyyəti açıqladı
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-28-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap