Tashaio.com xəbər verir ki, veb-seminarda İslam dünyasının elmi və dini şəxsiyyətləri iştirak edəcək.
Veb-seminarda Həzrət Peyğəmbərə (ə) qarşı hörmətsizlik və Fransa preidentinin islamafob, irqçi və ifratçıları dəstəkləməsi haqqında müzakirələr aparılacaq.
Veb-seminarda İraq, Livan, İran, Misir, Avstraliya, Suriya, Sudan və digər müsəlman ölkələrdən elmi və dini şəxsiyyətlər iştirak edəcək.
Veb-seminar cümə axşamı yerli vaxtla saat 19-da Beyrutda təşkil olunacaq.
Qeyd edək ki, əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i (29 oktyabr) , şiələr isə 17-i (3 noyabr) qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.