Bəhreynlilər ötən gecə Fransada başladılan islamofobiyaya qarşı etiraz aksiyası keçirib - FOTO
Posted on :
Digər sahələr
10/26/2020
Ötən gecə Bəhreyn xalqı Fransada sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) təhqir edilməsinə qarşı etiraz aksiyası keçirib.
Tashaio.com xəbər verir ki, Fransada başladılan islamofobiyaya qarşı etiraz yürüşü edənlər Manamə şəhərinin qərbində yerləşən Əbu Səybə rayonuna toplaşıb.
Bəhreynin Ali-Xəlifə rejiminin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq etirazçılar yürüş edərək peyğəmbərə (s) qarşı olunan təhqiri pisləyiblər.
Etiraz yürüşündə iştirak edənlər əllərində "Ləbbeyk Ya Muhəmməd (s)" şüaları yazılmış plakardlar tutaraq müsəlman ölkələrdən Fransaya qarşı sanksiya tətbiq etmələrini istəyib.