header

 Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu

 Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu

Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu

Müdafiə Nazirliyindən verilən məlumata görə, Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.
 
Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.
 
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hər iki ölkənin oktyabrın 26-sı yerli vaxtla 08.00-dən (07.00 MSK) Dağlıq Qarabağda qüvvəyə minəcək atəşkəs rejiminə riayət etmək öhdəliklərini təsdiqləyiblər. Bu barədə oktyabrın 25-də ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
 
İrəvan və Bakı "oktyabrın 10-da Moskvada əldə edilmiş humanitar barışığa əməl olunmasına sadiq olduqlarını təsdiqləyiblər."
 
Oktyabrın 24-də Ermənistan və Azərbaycan xarici işlər nazirləri ABŞ dövlət katibinin müavini Stiven Biqanla görüşüb və öz ölkələrinin atəşkəs razılaşmasına əməl etməyə hazır olduqlarını təsdiqləyiblər. Bu barədə DW məlumat verir.  
Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-26-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap