header

 Ayətullah Xamenei: Koronavirusla mübarizədə qəti qərarlar qəbul etmək lazımdır

 Ayətullah Xamenei: Koronavirusla mübarizədə qəti qərarlar qəbul etmək lazımdır

Iranın Koronavirusla Mübarizə üzrə Milli Qərargahının bugünkü iclası Tehranın İmam Xomeyni (r.ə) adına Hüseyniyyəsində keçirilib.

Tashaio.com “leader.ir” saytına itinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei də bu iclasda  iştirak edib və  çıxış edib.
 
Ayətulah Xamenei çıxışında,  Koronavirusla Mübarizə üzrə Milli Qərargahın fəaliyyətini yüksək qiymətləndirib və bütün qurumların və fərdlərin dünyanı əhatə edən pandemiya əleyhinə işbirliyi etməli və qəti qərarlar qəbul etmək lazım olduğunu vurğulayıb.
 
Müxtəlif  ölkələrin pandemiya ilə mübarizə səylərinə toxunan Ayətullah Xamenei bildirib ki, ABŞ kimi bəzi ölkələrdə bu virus əleyhinə ən pis tədbirlər həyata keçirildi, lakin biz insanların həyatı, sağlamlığı, təhlükəsizliyi və iqtisadiyyatına problemlər yaradan bu virusla mübarizəni  ən yaxşı tədbirlər həyata keçirməklə idarə etməliyik. 
 
“Düzgün və əlverşili idarəetmənin  təşkili üçün "hökumət tərəfindən qəti qərarlar qəbul edilməldir", "ictimai fikrin inandırılmasına" və "bütün qurumların, eləcə də insanların işbirliyi"nə  ehtiyac var. Əlbətdə  bu əməkdaşlıqlar yalnız koronavirus pandemiyası əleyhinə olmamlıdır.  Bəlkə bütün  sahələrdə  o cümlədə siyasi məsələlərdə də bu birlik nümayiş etdirilməlidir”. 
 
Ayətullah Xamenei koronavirusla mübarizə sahəsində qəbul ediləcək qərarlarda əsas xalqın sağlamlığını nəzərdə tutulmasının zərurliyini qeyd edib. 
 
Ali Rəhbər Koronavirusla Mübarizə üzrə Milli Qərargahın indiyədək atdığı addımları  yüksək qiymətləndirib və işlərin daha səmərəli olması üçün bəzi tövsiyələr verib. 
 
Ayətullah Xamenei bildirib ki, lazımdır ki,  Koronavirusla Mübarizə üzrə Milli Qərargahın qərarlarının icrası və icrasına nəzarət üçün tez bir zamanda baza yaradılsın. “Məhdudlaşdırma qərarları vermək üçün Səhiyyə Nazirliyi mehvər olsun. Səhiyyə Nazirliyi məhdudiyyətləri təsdiq etdikdən sonra  digər qrumlar  heç bir mülahizələr etmədən həmin məhdudiyətləri icra və tətbiq etsin. Ölkənin giriş-çıxışlarında dəqiq yoxlamalar aparılsın, zərurət olmadıqca şəhərlərarası  gediş-gəlişlər dayandırılsın, şəhərdaxili ictimai nəqliyyatda sərt qaydalar tətbiq olunsun.  Daxili İşlər Nazirliyi və polis  bu məhdudiyyətlərin icrasına nəzarət etsin.  Səhiyyə Nazirliyinin nəzarəti ilə və Televiziyanın dəstəyi ilə məscidlər və könüllülərin potensialından istifadə edərək məhəllələrdə əhaliyə virusun  yayılma yolları və onunla mübarizə qaydaları öyrədilsin.” 
 
Ali Rəhbər həmçinin  sağlamlıq protokollarına əməl etməyən şəxslərə və qurumlara qarşı  sərt cəzaların verilməsini də tövsiyə edib. 
 
Ayətullah Xamenei  pandemiyaya görə  bəzi peşə sahibləri və şəxslərin yaşayış şərtlərin ağırlaşdığını bildirib və qeyd edib ki, bu sahədə  hökumət dəstək paketləri təqdim etməlidir və  xeyriyyəçilər də  bu kimi şəxslərə yardım etməlidir.  Çünki bu iş Allaha yaxınlaşmaq üçün ən yaxşı  iş və vasitədir. 
 
Ali Rəhbər bildirib ki,  mütəxəssislər qeyd edir ki, əgər koronavirus ilk  günlərdə müəyyənləşsə və  müalicə olunarsa ölüm halları ciddi şəkildə azalacaq, buna görə bu virusun ilk günlərdə müəyyənləşməsi və onunla mübarizənin aparılması çox önəmlidir. 
 
Ayətullah Xamenei  virusun yayıldığı ilk günlər gənclərin və tibb işçilərinin  yaşlılara yardım, ailələrin maarifləndirilməsi , küçə və prospektlərin dezinfeksiya olunması üçün könüllü yardım etdiklərini xatırladaraq mömin və ixlaslı könüllüləri yenə də yardımlarını davam etdirməyə çağırıb. 
 
Ali Rəhbər  koronavirus səbəbindən iş yerini itirmiş şəxslərin sığortalanmasının və xeyriyyəçi şəxslərin belə insanlara yardım etməsinin zərurliyini vurğulayıb. 
 
Ayətullah Xamenei  həmçinin bəla və çətinliklərdən qurtarmaq üçün tövbə etməyi, dua və təvəssül etməyi tövsiyə edib. “Bütün qeyd olunanlar bir vasitədir.Bu vasitələrə can və ruh verən  Allahdır.  Həmişə İran xalqına şamil olununan Allahın  lütfünü cəlb etmək üçün yenə də dua etmək lazımdır. 
 
Ali Rəhbər bildirib ki,  ölkədə böyük işlər görülür və Allahın lütfü ilə İslam Respublikasını heç bir hadisə dayandıra bilməyib. Amma ölkənin hərəkətinin sürətini zəiflədən bu maneələr  tez bir zamanda aradan qaldırılmaıdır. 
 
 
 
 
 
 
 
 

Iranın Koronavirusla Mübarizə üzrə Milli Qərargahının bugünkü iclası Tehranın İmam Xomeyni (r.ə) adına Hüseyniyyəsində keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-25-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap