header

 Qarabağ məsələsi Vaşinqtonda müzakirə oluncaq

 Qarabağ məsələsi Vaşinqtonda müzakirə oluncaq

Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Qeyd olunur ki, oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

 
1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək üçün hərbi-siyasi təcavüzə başlayan Ermənistan ölkənin bütün cənub-qərb bölgəsini işğal edib.
 
Münaqişənin dinc yolla nizamlanması üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 11 üzvdən ibarətdir: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
 
1994-cü ildə həmsədrlik institutu yaradılıb. Hazırda ABŞ-dan Endrü Skofer, Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov həmsədrlik edirlər.
 
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl və Füzuli şəhərləri və həmin rayonların bir çox kəndi, Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-21-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap