İşğalçı İsrail rejimi aclıq aksiyası etdiyi üçün 60 fələstinli məhbusu karsa salıb
Posted on :
Digər sahələr
10/19/2020
Xəbər verdiyimiz kimi, sionist rejim həbsxanalarındakı fələstinli məhbuslar fəal Mahir əl-Əxrəsin vəziyyəti ilə bağlı tələblərin yerinə yetirilməməsindən sonra 60 fələstinli məhbus aclıq aksiyasına başlamışdılar.
Tashaio.com xəbər verir ki, sionist rejim, aclıq aksiyasına qoşulduqları üçün 60 fələstinli məhbusu karsa salıb. Xəbər mənbələri işğalçı rejimin həmin 60 fələstinli məhbusu bazar günü gecə karsa köçürdüyünü açıqlayıb.
Qeyd edək ki, 39 qadın da daxil olmaqla təxminən 4400 məhkum, işğalçı rejimin həbsxanalarında saxlanılır, onlardan 155-i uşaq, 350-si ittiham olunmadan müvəqqəti həbsdədir.
Xatırladaq ki, fələstinli məhbus fəal Mahir əl-Əxrəsin 85 gündür davam edən aclıq aksiyası bir sıra beynəlxalq hüquq təşkilatlarında gündəmə gətirilib.