header

 Hacı İlham Əliyevin həbs müddəti daha 5 ay uzadılıb

 Hacı İlham Əliyevin həbs müddəti daha 5 ay uzadılıb

Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyevin həbs müddəti yenidən uzadılıb.

Bunu Tashaio.com-a  açıqlamasında vəkil Cavad Cavadov deyib.  

 
Onun sözlərinə görə, Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatına əsasən İlham Əliyevin həbs qətimkan tədbirinin müddətini uzadıb. “Həbs müddəti  5 ay müddətinə 2021-ci ilin  mart ayının 21-nə kimi uzadılıb.  Biz məhkəmənin bu qərarından narazılığımızı bildirdik və qeyd etdik ki,  həbs qəti imkan tədbirini uzatmaq üçün ciddi əsaslar olmalıdır. İstintaq tərəfi  ümumi sözlərlə müraciət edib. Maddənin ağır olmasını əsas götürərək istintaq müddətini uzadılmasına qərar verildi. Amma bu o demək deyil ki, istintaq o qədər çəkəcək. Artıq məhkəmənin bu qərarından apellyasiya  şikayəti vermişik.”  
 
Vəkil  C.Cavadov Hacı İlham Əliyevin işi ilə bağlı  Avropa Məhkəməsinə şikayət göndərildiyini  bildirib.  “Hazırda Hacı İlhamın işi Avropa Məhkəməsinə göndərilib. Əgər yeni qərardan veridyimiz apellyasiya  şikayəti də təmin edilməsə  bu qərarla bağlı da  Avropa Məhkəməsinə şikayət göndəriləcək”.  
 
Qeyd edək ki, Hacı İlham Əliyev bu ilin fevral ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü  maddəsi ilə ittiham irəli sürülüb. Hacı İlham ona qarşı irəli sürülən ittihamları qəbul etmir.  
 
Hacı İlham Əliyev  barəsində bundan öncə 4 ay müddətinə həbs qərarı çıxarılmış və bu müddət  4 ay müddətinə uzadılmışdı.
Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyevin həbs müddəti yenidən uzadılıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-13-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap