header

 Hizbullah: ‘Fələstinlilər dostu və düşməni yaxşı tanıyırlar’

 Hizbullah: ‘Fələstinlilər dostu və düşməni yaxşı tanıyırlar’

Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım bəzi ərəb ölkələrinin sionist rejimlə barışmalarının onların riyakarlığını fələstinlilərə aydın şəkildə göstərdiyini söyləyib.

Şeyx Nəim Qasım bəzi ərəb ölkələrinin İsrail rejimi ilə münasibətlərin normallaşmasını bu ölkələrin əsl üzünü açan amil adlandırıb.
 
“Münasibətlərin normallaşmasının kompromis ölkələr üçün heç bir əsas və faydası yoxdur və bu hərəkət yalnız işğalı dəstəkləmək üçündür.
 
Fələstinlilər kimin yanlarında, kimin onlara qarşı olduğunu çox yaxşı bilirlər, çünki barışıq münafiqlərin üzlərini yaxşıca ifşa etdi.
 
Fələstin müqaviməti Fələstinin gələcəyidir. Müqavimətlə Fələstinin azad edilməsi üçün həqiqi nəticələr əldə ediləcək və Qüdsün azadlığı müqavimət xaricində əldə olunmayacaq”, - deyə o, bildirib
 
Müqavimətin bütün nailiyyətlərinin Fələstinin maraqlarına cavab verdiyini söyləyən Hizbullah rəsmisi, belə deyib: “Müqavimət ərəb və İslam dünyası gənclərinin Fələstin xalqına kömək etmələrinə ümid edir”.
Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım bəzi ərəb ölkələrinin sionist rejimlə barışmalarının onların riyakarlığını fələstinlilərə aydın şəkildə göstərdiyini söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-06-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap