Yəmən BƏƏ ilə sionist rejim arasında münasibətlərin normallaşmasına belə etiraz etdi
Posted on :
Digər sahələr
10/01/2020
Yəmənin Ənsarullah hərəkatı BƏƏ və sionsit rejim arasında münasibətlərin normallaşmasına etiraz olaraq “Zayid bin Sultan” xəstəxanasının adını dəyişərək “Fələstin” qoyub.
Tashaio.com “sputnik”ə istinadla xəbər verir ki, Yəmənin Səhiyyə naziri Taha Mütəvəkkil bu barədə əmr imzalayıb.
Sana şəhərinin “Ər-Rövzə” bölgəsində yerləşən xəstəxana bundan sonra “Fələstin” adlanacaq.
270 çarpayılı bu xəstəxanada 5 əməliyyat otağı , təcili tibbi yardım və tibbi analizlər bölməsi var.
Qeyd edək ki, bundan öncə Yəmənə Hüdeydə əyalətində BƏƏ və sionist rejim arasında münasibətlərin normallaşmasına etiraz olaraq BƏƏ-nin sonuncu əmiri Şeyx Zayed ibn Sultan adına olan xiyabanın adı dəyişdirilərək “Fələstin” adlandırılmışdır.