header

 Ərbəin ziyarəti zamanı 10 min xidmət qrupu Kərbəlada zəvvarlara xidmət edəcək

 Ərbəin ziyarəti zamanı 10 min xidmət qrupu Kərbəlada zəvvarlara xidmət edəcək

Ərbəin ziyarəti zamanı 10 min xidmət qrupu Kərbəlada zəvvarlara xidmət edəcək.

Tashaio.com xəbər verir ki,  İmam Hüseyn (ə) və Həzrə Əbəlfəzl (ə) hərəminin mokiblər üzrə katibliyinin sədr münavini  Haşim Əl-Musəvi  deyib ki, polis və hərəmin mokiblər idarəsində  Kərbəlada zəvvarlara xidmət etmək üçün 10 min mokib  qeydiyyatdan keçib. 
 
“8800 mokib  yürüş boyunca müxtəlif şəhərlərdə və  Kərbəla əyalətinin daxilində  zəvvarların yemək-içmək və məskunlaşmasını təmin etmək üçün (pulsuz yemək və yatmaq üçün yer)  zəvvarlara xidmət göstərəcək.  12000 mokib isə əzadarlıq  mərasimi təşkil edəcək”. 
 
O deyib ki, xidmət qrupları  müctəhidlərin göstərişini və  koronavirusla bağlı Səhiyyə Nazirliyinin tələblərini  yerinə yetirir. 
 
Qeyd edək ki, Kərbəla şəhərindən kənar və  şəhərin daxilində Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün  könüllü qruplar və təhlükəsizlik qüvvələri birgə əməkdaşlıq edir. 
 
Məlumata görə, zəvvarlara xidmət göstərəcək xidmət qrupları Kərbəla əyaləti üzrə polis və təhlükəsizlik qüvvələrinin hazırladığı xüsusi təlimatları yerinə yetirməli və təhlükəsizliyin təmini üçün təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməlidir.
 
Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Bu il Ərbəin miladi təqvim ilə 8 oktybar tarixinə təsadüf edir. Koronavirus səbəbiylə İraq hökuməti cari ildə digər ölkələrdən zəvvarların İraqa girişinə məhdudiyyət tətbiq edib. 
Ərbəin ziyarəti zamanı 10 min xidmət qrupu Kərbəlada zəvvarlara xidmət edəcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-01-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap