header

 İraq hər ölkədən 1500 zəvvarın Ərbəin mərasimində iştirak etməsinə icazə verdi

 İraq hər ölkədən 1500 zəvvarın Ərbəin mərasimində iştirak etməsinə icazə verdi

İraqın baş naziri Mustafa əl-Kazimi 30 Sentyabr 2020-ci il tarixində, hər xarici ölkədən 1500 zəvvarın İmam Hüseynin (ə) ƏRBƏİN mərasimində iştirak etməsinə icazə verib.

Tashaio.com "Tasnim" saytına istinadla xəbər verir ki, bu barədə İraq Baş nazirinin sözçüsü Əhməd Molla Təlal məlumat verib. 
 
"Ölkənin baş naziri Mustafa əl-Kazimi hər bir xarici ölkədən İraqda keçirilən ƏRBƏİN mərasiminə 1500 zəvvarın qatılmasına icazə verib. Zəvvarlar yalnız hava yolları ilə İraqa səfər edə bilər. Zəvvarların Ərbəin yürüşünə qatılması üçün digər şərt budur ki, həmin ölkələr öz vətəndaşlarını İraqda sanitariya protokollarına riayət etmələri barədə məlumatlandırsın və həmin zəvvarlar da koronavirusla mübarizə qaydlarına əməl etsinlər və bu barədə məsuliyyətli olsunlar"
 
Qeyd edək ki, bundan öncə İraq hökuməti Ərbəin mərsimində iştirak etmək üçün  digər ölkələrdən zəvvarların qatılmasını koronavirus səbəbiylə qadağan etmişdi. 
İraqın baş naziri Mustafa əl-Kazimi 30 Sentyabr 2020-ci il tarixində, hər xarici ölkədən 1500 zəvvarın İmam Hüseynin (ə) ƏRBƏİN mərasimində iştirak etməsinə icazə verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-01-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap