Əfqanıstanda hərbi vertolyot qəzaya uğradı
Əfqanıstanda hərbi vertolyot qəzaya uğradı
Posted on : Digər sahələr 09/25/2020
Əfqanıstanın şimalındakı Bəğlan vilayətində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 2 pilot həlak olub.
Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi açıqlama yayıb.
Qəzaya uğrayan helikopterin Əfqanıstan Hava Qüvvələrinə məxsus MD-530 olduğu bildirilən açıqlamada qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi qeyd edilib.