Bəhreyn xalqı “Razılaşma bizi təmsil etmir” aksiyasını keçirdi
Bəhreyn xalqı “Razılaşma bizi təmsil etmir” aksiyasını keçirdi
Posted on : Digər sahələr 09/20/2020
Bəhreyn xalqı İsrail rejimi ilə imzalanan razılaşmaya etiraz olaraq dünən axşam (18 sentyabr) küçələrə çıxıb.
Tashaio.com LualuaTV-yə istinadən xəbər verir ki, Bəhreyn xalqı İsrail rejimi ilə razılaşmanın imzalanmasından sonra günlərdir ölkənin bir çox şəhərində etirazları davam etdirərək, Fələstin və Bəhreyn bayraqları ilə küçələrə çıxıb.
Əl-Nüvədrat şəhərindəki etirazçılar irqçi İsrail rejimi ilə müqaviləni rədd etdiklərini və razılaşmaya görə qəzəbli olduqlarını vurğulayıblar.
Etirazçılar müqaviləni xəyanət kimi qiymətləndirdilər. “Qüds satılmır” və “Razılaşma Bəhreyn xalqını təmsil etmir” şüarları səsləndirilib. Nümayişlər vaxtı fəallar İsrail rejiminin bayrağını və Bəhreyn rejiminin kralı Həməd bin İsa Əl-Xəlifənin şəklini yandırıblar.
Deyerler.org