header

 Ağ Ev: Daha beş ölkə İsraillə münasibətləri normallaşdırmaq üçün sazişə qoşulmağı ciddi şəkildə nəzərdən keçirir

 Ağ Ev: Daha beş ölkə İsraillə münasibətləri normallaşdırmaq üçün sazişə qoşulmağı ciddi şəkildə nəzərdən keçirir

Ağ Evin administrasiyasının rəhbəri Mark Midovs bildirib ki, bu həftə BƏƏ və Bəhreyn tərəfindən sülh sazişlərinin imzalanmasının ardından daha beş ölkə işğalçı İsrail rejimi ilə münasibətlərin normallaşdırılmasına dair saziş imzalamağı ciddi şəkildə nəzərdən keçirirlər.

Tashaio.com xəbər verir ki, Reuters-in məlumatına görə, Mark Midovs həmin ölkələrin adlarını çəkməyib, lakin səfiri çərşənbə axşamı günü Ağ Evdə keçirilən imzalama mərasimində iştirak edən Omanın həmin ölkələrdən biri olduğu güman edilir.

 
Digər tərəfdən, bölgə ölkələri arasındakı münasibətlərin normallaşması ilə bağlı fərziyyələrin ardından, Qətərin də sözügedən sazişə qoşulmaq niyyətində olduğu bildirilib.
 
O zaman Qətərin Vaşinqtondakı səfiri Şeyx Məşəl bin Həməd Al Sani “Amerikanın Səsi”nə açıqlamasında deyib: “Şərait uyğun olarsa və İsrail ilə fələstinlilər arasında iki dövlətin yaradılmasına dair həll yolu tapılarsa, Qətərin İsraillə münasibətləri normallaşdırmağa heç bir etirazı yoxdur”.
 
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp BƏƏ və Bəhreyndən sonra, digər ölkələrin də İsrail ilə münasibətləri normallaşdırmaq barədə razılığına dair nikbin açıqlama vermişdi.
Ağ Evin administrasiyasının rəhbəri Mark Midovs bildirib ki, bu həftə BƏƏ və Bəhreyn tərəfindən sülh sazişlərinin imzalanmasının ardından daha beş ölkə işğalçı İsrail rejimi ilə münasibətlərin normallaşdırılmasına dair saziş imzalamağı ciddi şəkildə nəzərdən keçirirlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-19-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap