header

 Tale Bağırzadə son həbslər barədə münasibətini bildirdi

 Tale Bağırzadə son həbslər barədə münasibətini bildirdi

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə orduya dəstək yürüşlərindən sonra aparılan kütləvi həbslərə münasibət bildirib. Bu barədə Tale Bağırzadənin rəsmi facebook səhifəsində məlumat verilib.

MBH sədrinin münasibətin münasibətində deyilir:
“Son günlər hakimiyyətin öz muxaliflərinə qarşı dözümsüzlüyü təəssüf doğurur. Hər vəchlə susdurulmağa çalışılan xalq səsinin həbslərlə boğulması hakimiyyətin iddiaçısı olduğu demokratiya düşüncəsi ilə nəinki uzlaşmır, əksinə daban-dabana ziddir. Hakimiyyətin bununla da sakitləşmədən işgəncələrlə müşahidə olunan həbsləri bir daha qanunsuz cəmiyyətdə baş verən özbaşnalıqların təzahürü olaraq qalır. Xüsusilə AXCP funksioneri Fuad Qəhrəmanlının absurd ittihamlarla həbsi isə, daha acınacaqlı halın göstəricisidir. F.Qəhrəmanlının siyasi düşüncəsinə görə işgəncəyə məruz qalması isə heç bir hüquqi, insani kriteriyaya sığmır. Hakimiyyətin vətənpərvər ictimai fəallara, əsasən Xalq Cəbhəsi üzvlərinə qarşı apardığı həbsləri pisləyir, işgəncələrə son verməyi və günahsız həbs olunanların azadlığını tələb edirik”.
Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri.
Qobustan həbsxanası.
03.08.2020
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə orduya dəstək yürüşlərindən sonra aparılan kütləvi həbslərə münasibət bildirib. Bu barədə Tale Bağırzadənin rəsmi facebook səhifəsində məlumat verilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-05-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap