Tashaio.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, işğalçı rejim Hərbi-Hava Qüvvələri Qəzzənin cənubundakı Xan Yunus bölgəsində yaşayış massivi və kənd təsərrüfatı ərazisini bombalayıb.
İsrail ordusu öz məlumatında iddia edib ki, bazar günü axşam Qəzzadan işğal olunmuş əraziyə bir raket atılıb. Xan Yunusun bombalanması həmin hücuma cavab olaraq həyata keçirilib.
İsrial rejiminin Qəzzadan raket atılması iddiasına müqavimət qüvvələri hələlik münasibət bildirməyib.
Hücum zamanı ölən və yaralananlar barədə məlumat verilməyib.