header

 Allaha təvəkkül necə olur?

 Allaha təvəkkül necə olur?

Allaha təvəkkül necə olur?

Allaha təvəkkül etmək o kəslərə aiddir ki, həmişə haqqın tərəfdarı və qoruyucularıdırlar. Qurani-Kərim buyurur ki, haqq yolunu getməkdən qorxmayın və Allaha təvəkkül edin. Batil qüvvələrdən qorxmayın və Allaha təvəkkül edin. «Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda, biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbir edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər». (“İbrahim” 12).

 

“Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159).

 

Allah Təala sevmir ki, insan əlini əlinin üzərinə qoyub, evdə əyləşsin. Buyurur ki, sən səy və çalışmanı et və qalan işini Mənim öhdəmə burax. Mən sənin işin üçün kifayət edərəm və Mənə təvəkkül et.

 

Allah buyurur: “Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər”. (“Maidə” 11).

 

İmanlı insan həmişə Allaha təvəkkül etməlidir. İmanlı insan öz səyini edər və çalışar, işinin nəticəsini isə Allahın öhdəsinə buraxar və Ona tapşırar.

 

Qurani-Kərim buyurur: “Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir”. (“Təlaq” 2-3).

Bu ayə buyurur ki, təqva əhli həmişə Allaha təvəkkül edər və Allah onlara güman etmədikləri yerdən ruzi verər. Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər. (Beytutə)

 

Beləliklə deyə bilərik ki, hər bir imanlı, təqvalı insan Allaha təvəkkül etməlidir. Allaha təvəkkül edən insan başqalarının fitnəsindən, fırıldağından qorxmamalıdır, başqalarının ona ziyan vuracağından qorxmamalıdır. Çünki onun dayağı Allahdır və Allah onun bütün işlərinə kifayət edər. Sadəcə səy göstərib çalışmaq lazımdır. İşinin sonunu Allaha tapşırmaq lazımdır. Allah həmin işi münasib olan halda nəticəyə çatdıracaqdır.

Allaha təvəkkül necə olur?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-01-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap