Putinlə Mahmud Abbas arasında telefon danışığı olub
Posted on :
Digər sahələr
07/09/2020
Rusiya Prezidenti Vladimir Putinlə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas arasında telefon danışığı olub.
Tashaio.com “alalamtv”ə istinadla xəbər verir ki, ötən gün baş tutan telefon danışığında bölgədəki siyasi proseslər və Fələstindəki son durum müzakirə olunub.
Putin Fələstin probleminin həllində rəsmi Moskvanın sabit mövqe sərgilədiyini və bu problemin ədalətli və beynəlxalq qayadalar çərçivəsində həllinin tərəfdarı olduğunu bildirib.
Rusiya və Fələstin arasında əməkdaşlıqların davam etdiriləcəyi vurğulanıb.