header

 HƏMAS-dan Hizbullaha: “Fələstin çox təhlükəli şəraitdədir”

 HƏMAS-dan Hizbullaha: “Fələstin çox təhlükəli şəraitdədir”

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyə Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullaha göndərdiyi məktubunda Fələstinin çox təhlükəli şəraitdə olduğunu qeyd edib.

Tashaio.com Əl-Mənara istinadən xəbər verir ki, İsmayıl Haniyə Əsrin Müqaviləsi Planı və Qərb Sahilinin işğalı ilə əlaqədar Hizbullah baş katibinə məktub göndərib.

 

Haniyə məktubunda Əsrin müqaviləsi və Qərb Sahilinin ilhaqı planının Fələstin məsələsi və bölgədə işğalı təhlükələrindən bəhs edərək, sıraların birləşdirilməsini və bu təhlükələrə qarşı səy göstərilməsini istəyib.

 

Bu məktub HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdülhadinin başçılıq etdiyi HƏMAS-dan bir heyətin səfəri əsnasında Hizbullahın Fələstin məsələlərinə cavabdeh olan Həsən Həbibullaha verilib.

 

Tərəflər Fələstinlə bağlı son vəziyyəti, regional problemləri və Livandakı fələstinli qaçqınların vəziyyətini qiymətləndiriblər.

 

Görüşdə iştirak edənlər Qərb Sahilinin işğal planını rədd edərək, bu qərarın fələstinlilərə hücum olduğunu və hər kəsin eyni sıralarda bu təhlükəli planla mübarizə aparmalı olduqlarını vurğulayıblar.

 

Bu görüşdə Fələstin xalqının bu plana qarşı mübarizə gücü də vurğulanı və ərəb və İslam ölkələrindən və dünyadakı bütün azad insanlardan “Təcili Fəaliyyət” çərçivəsində sionist rejimin davam edən hücum və işğallarının qarşısını alması istənilib.

 

Görüşdə HƏMAS rəsmisi Livandakı fələstinli qaçqınların vəziyyəti ilə əlaqədar olaraq, çox çətin iqtisadi vəziyyətə düşdüklərini və buna görə insan və vətəndaş hüquqlarının təmin edilməli olduğunu bildirib.

 

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyə Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullaha göndərdiyi məktubunda Fələstinin çox təhlükəli şəraitdə olduğunu qeyd edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-07-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap