header

 İsveç İsrail rejiminə qarşı təzyiqi davam etdirməyi istədi

 İsveç İsrail rejiminə qarşı təzyiqi davam etdirməyi istədi

İsveçin xarici işlər naziri Ann Linde İsrail rejiminin Fələstin ərazilərini ilhaq etmək cəhdinin qarşısını almaq üçün beynəlxalq təzyiqlərin davam etdirilməli olduğunu bildirib.

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, Ann Linde sionist rejimin baş naziri Benyamin Netanyahunun iyulun 1-dən elan etməyi planlaşdırdığı, lakin təxirə saldığı ilhaq cəhdi ilə bağlı açıqlama verib.

 

Beynəlxalq təzyiqlər nəticəsində İsrail rejiminin Qərb Sahilinin bəzi hissələrini ilhaq etmək cəhdinin qarşısı alındığını bildirən Linde, beynəlxalq təzyiqin davam etdirilməli olduğunu qeyd edib.

 

Təhlükənin davam etdiyini qeyd edən Linde, bunları deyib: “İlhaq beynəlxalq qanuna zidd olduğu üçün iki dövlətli bir həll yolu təhlükə ilə üzləşəcək. İsrail rejimi və Fələstin arasındakı qarşıdurmalar geri dönməz bir nöqtəyə gələ bilər. Bu səbəbdən Avropa İttifaqı və İsveç ilhaq riskinin olduğu müddətdə təzyiq göstərməyə davam edəcək”.

İsveçin xarici işlər naziri Ann Linde İsrail rejiminin Fələstin ərazilərini ilhaq etmək cəhdinin qarşısını almaq üçün beynəlxalq təzyiqlərin davam etdirilməli olduğunu bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-04-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap