Suriyanın şərqində ABŞ-ın hərbi karvanı yaxınlığında bomba partladı
Suriyanın şərqində ABŞ-ın hərbi karvanı yaxınlığında bomba partladı
Posted on : Digər sahələr 07/04/2020
Suriyanın rəsmi xəbər agentliyi SANA Suriyanın şərqindəki ABŞ qoşunlarının karvanı yaxınlığında bomba partladığını bildirib.
Tashaio.com xəbər verir ki, Suriyanın şimalındakı yerli mənbələr Deyr Əz-Zor əyalətində ABŞ hərbi karvanının yolunda bir partlayış olduğunu bildiriblər.
Bombanın vilayətin Əl-Sabha qəsəbəsindəki İsa Əl-Osman məhəlləsinin yaxınlığında partladığını söyləyirlər.
Partlayış nəticəsində tələfatın olub olmaması barədə məlumat verilməyib.
ABŞ koalisiyasından da hadisə ilə bağlı açıqlama verilməyib.
Suriya ordusu dünən (2 iyul) Əl-Hasəkə əyalətində (Suriyanın şimal-şərqində) ABŞ hərbi karvanının qarşısını kəsmişdi.