header

 İran XİN-in mətbuat katibi səfir təyin olunub

 İran XİN-in mətbuat katibi səfir təyin olunub

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi səfir təyin olunduğunu təsdiqləyib.

Tashaio.com-ın Tehran bürosunun məlumatına görə, İran Dövlət Televiziyası ilə müsahibəsində A.Musəvi tezliklə səfir kimi fəaliyyətə başlayacağını deyib.

 

O qeyd edib ki, çox böyük ehtimalla ən mühüm qonşu ölkələrin birində səfir kimi fəaliyyətə başlayacaq. Musvəi bu barədə ətraflı məlumat verməyib.

 

Qeyd edək ki, bundan öncə bəzi İran KİV-ləri Seyid Abbas Musəvinin Azərbaycana səfir təyin olunduğuna dair xəbər dərc edib və A.Musəvinin İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadəni əvəz edəcəyini bildiriblər.

 

Seyid Abbas Musəvi 2019-cu ilin aprel ayında İran XİN-in sözçüsü təyin olunub. Ondan öncə XİN-in birinci katibi, Honkonqda baş konsul və İranın Niderlanddakı iqtisadi attaşesi vəzifələrində çalışıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi səfir təyin olunduğunu təsdiqləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-04-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap