header

 Şeyx Zəkzakinin oğlu atasının son durumu haqqında danışdı

 Şeyx Zəkzakinin oğlu atasının son durumu haqqında danışdı

Nigeriya şilərinin rəhbəri Şeyx İbrahim Zəkzakinin oğlu Məhəmməd İbrahim Zəkzaki atasının son durumu ilə bağlı “punchng” qəzetinə müsahibə verib.

Tashaio.com xəbər verir ki, Məhəmməd İbrahim Zəkzaki  atasının daha yaxşı şəraiti olan bir yerdə müalicəsi üçün məhkəməyə müraciət etdiklərini bildirib. “Biz məhkəməyə müraciət etmişik lakin məhkəmə koronavirusun yayılmasını bəhanə edərək  bütün rəsmi müraciətlərimizi  qeyri – müəyyən bir vaxta kimi qəbul etmir  və  məhkəmənin  nə zaman olacağı bilinmir”. 
 
Atasının sağlamlığı ilə bağlı M.Zəkzaki deyib ki,  atam həbs müddətində iki dəfə infakt keçirib. “Həbs olunduğu zaman ona atılmış güllə Atamın bir gözünün kor  olmasına səbəb olub.  Digər gözündə də problem var. Eləcə də anam  həbsxanada  möhkəm diz ağrısından əziyyət çəkir və  yalnız əlil arabası ilə  hərəkət edə bilir”. 
 
O qeyd edib ki,  Nigeriya Ali Məhkəməsi  2016-cı ildə  atamın təcili azad olunması ilə bağlı  qərar çıxarıb, lakin  hökumət indiyədək bu qərarı icra etmir. 
 
Xatırlaqdaq ki, Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
 
Şeyx İbrahim Zəkzakinin həkimi Nasir Ömər Safah, Şeyxin  səhhətinin getdikcə daha da ağırlaşdığını bildirib.  N.Ömər Safah  bildirib ki, Şeyx Zəkzaki  7  və onun həyat yoldaşı isə 6 müxtəlif xəstəlikdən əziyyət çəkirlər. “Şeyx Zəkzakinin  vücudunda qalan güllə onun həyatı üçün təhlükə yaradır və Şeyx hər an ölə bilər. Əgər indiyədək onlar sağ qalıbsa bu bir möcüzədir.”
 
Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. İndiyədək onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb.
Nigeriya şilərinin rəhbəri Şeyx İbrahim Zəkzakinin oğlu Məhəmməd İbrahim Zəkzaki atasının son durumu ilə bağlı “punchng” qəzetinə müsahibə verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-30-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap