header

 SEPAH-ın baş komandanı: “Silah embarqosu müdafiə gücümüzə mənfi təsir göstərə bilməz”

 SEPAH-ın baş komandanı: “Silah embarqosu müdafiə gücümüzə mənfi təsir göstərə bilməz”

İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlaminin iştirakı ilə bu gün (27 iyun) təşkil edilən mərasimdə “Məkran” adlı amfibiya personal daşıyıcısı və “Suban” adlı təkmilləşdirilmiş pulemyot da daxil olmaqla SEPAH-ın yeni müdafiə nailiyyətlərinin təqdimatı keçirilib.

Tashaio.com Mehrə istinadən xəbər verir ki, mərasimdə çıxış edən general-mayor Hüseyn Səlami bunları deyib: “ABŞ-ın İrana silah sanksiyalarını uzatmaq iddiaları, müdafiə gücümüzə təsir etməyəcək.

 

Qlobal silah sanksiyası ilə üzləşmişik. Bir tərəfdən silah sanksiyaları var, digər tərəfdən ABŞ və müttəfiqləri bizim üçün təhdid hesab olunur.

 

Müdafiə ehtiyaclarımızla mövcud vəziyyət arasında çox güclü bir əlaqə qurmalıyıq. Bu silah sanksiyaları, Allahın lütfü ilə, gənc iranlı alim və mühəndislərə bütün müdafiə ehtiyaclarını ölkənin yerli imkanlarına və gücünə uyğun olaraq dizayn və istehsal etmək üçün böyük bir fürsət verdi.

 

Bu gün quru qüvvələrimiz silah sistemləri baxımından heç bir ölkəyə və ya gücə ehtiyac duymur. Buna görə ABŞ və avropalıların İrana silah sanksiyalarını uzatmaq iddiaları müdafiə gücümüzə təsir etməyəcək.

 

Bu sahədə müstəqillik mərhələsinə qədəm qoyduğumuz üçün yaxın gələcəkdə təqdim ediləcək sürpriz sistemlərin şahidi olacağıq”.

 

İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlaminin iştirakı ilə bu gün (27 iyun) təşkil edilən mərasimdə “Məkran” adlı amfibiya personal daşıyıcısı və “Suban” adlı təkmilləşdirilmiş pulemyot da daxil olmaqla SEPAH-ın yeni müdafiə nailiyyətlərinin təqdimatı keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-28-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap