header

 Ənsarullah Səudiyyə rejiminə qarşı sərhəd boyu hücumlarını artırdı

 Ənsarullah Səudiyyə rejiminə qarşı sərhəd boyu hücumlarını artırdı

Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Səudiyyə rejimi ilə sərhəd boyunca hücumlarını artırıblar.

Tashaio.com SouthFront-a istinadən xəbər verir ki, bu hücumlar çox güman Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın davam edən hücumlarına cavabdır.

 

İyunun 26-da Ənsarullahın tank əleyhinə bölmələri Səudiyyə rejiminin cənubundakı Nəcran əyaləti yaxınlığında bir sıra hərbi mövqeləri hədəfə alıb. Ənsarullah döyüşçüləri Səudiyyə rejiminin qüvvələrinin Əl-Savhdakı mövqelərini Rusiya istehsalı olan B-10 82 mm-lik minaatanlarla atəşə tutublar. Döyüşçülər dəqiq zərbələrlə hədəfi məhv ediblər.

 

Ənsarullah Əl-Həməd hərbi düşərgəsində də Səudiyyə rejiminin qüvvələrinin bir silah anbarını hədəfə alaraq, məhv ediblər. Bu hücumda da B-10 minaatanlarından istifadə edilib.

 

Ənsarullah bir gün əvvəl Nəcranın qərbindəki Cizan əyalətinin yaxınlığında iki ayrı hücumda Səudiyyə rejiminin qüvvələrinin bir toplaşma və bir hərbi buldozerini məhv etmişdi.

 

İyunun 25-də Ənsarullah döyüşçüləri Səudiyyə rejiminin Əl-Daair bölgəsində yerləşən hərbi mövqeyinə zərbələr endiriblər. Döyüşçülər mövqeyə nəzarəti ələ keçirərək, Səudiyyə rejiminin qüvvələrinin qoyub qaçdıqları bir pikap maşınını yandırıblar.

Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Səudiyyə rejimi ilə sərhəd boyunca hücumlarını artırıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-27-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap