header

 Sionist rejim Fələstin torpaqlarının rəmzi ilhaqı ilə məhdudlaşmağa qərar verdi

 Sionist rejim Fələstin torpaqlarının rəmzi ilhaqı ilə məhdudlaşmağa qərar verdi

“Times of İsrael” qəzeti sionist rejimin İordan çayının vadisindəki Fələstin torpaqlarının ilhaqından imtina etdiyini və rəmzi ilhaq seçiminə qərar verdiklərini yazıb.

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, “The Times of İsrael”in verdiyi xəbərə görə, İsrail rejimi Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasa hərəkət planı ilə əlaqədar İordaniya üzərindən məlumat verib. Buna görə İsrail rejimi Qərb Sahilindəki İordan çayının vadisini ilhaq etməkdən imtina edib və rəmzi olaraq ilhaq etmə variantında qərarlaşıb.

 

Bundan əvvəl ABŞ-ın prezidenti Donald Trampın kürəkəni və məsləhətçisi Cared Kuşner İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında, Körfəz ölkələri ilə əlaqələrini qorumaq üçün ilhaq planını təxirə salmasını istəmişdi.

 

Netanyahunun qapalı görüşdə bölgənin 30%-ni ələ keçirməkdən kiçik bir bölgənin rəmzi ilhaqına qədər dörd variant təklif etdiyi mətbuata sızmışdı.

 

Netanyahu keçən ay verdiyi açıqlamasında, Qərb Sahili və İordan Vadisində qanunsuz məskunlaşma yerlərinin İsrail rejimi tərəfindən iyulun 1-dən etibarən ilhaq ediləcəyini açıqlamışdı.

“Times of İsrael” qəzeti sionist rejimin İordan çayının vadisindəki Fələstin torpaqlarının ilhaqından imtina etdiyini və rəmzi ilhaq seçiminə qərar verdiklərini yazıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-27-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap