header

 İraq və ABŞ arasındakı strateji dialoqa üç məqam daxildir

 İraq və ABŞ arasındakı strateji dialoqa üç məqam daxildir

İraqın bəzi məlumatlı mənbələri İraq və ABŞ arasındakı strateji dialoqa üç məqamın daxil olacağını söyləyib.

İraqın Əs-Sabah qəzeti bu gün (6 iyun) məlumatlı mənbələrə istinadən verdiyi xəbərində, bu ayın 11-də keçirilməsi planlaşdırılan İraq-ABŞ görüşündə üç əsas məqam olacağını yazıb.
 
“Bu məqamlardan biri İraqın İŞİD-lə mübarizədə hərbi dəstəyinə vurğu və İraqda fəaliyyət göstərən xarici obyektləri qorumaq öhdəliyi olacaq”, - deyə mənbə bildirib.
 
Mənbə daha sonra belə deyib: “Koronavirusun təhlükəli təbiəti və ölkənin daxili vəziyyətinin kövrəkliyi səbəbindən İraq virusa qarşı mübarizənin gələcək mərhələlərindəki prioriteti sağlamlığa dəstək vermək olacaq”.
 
Danışıqların iki-üç saat ərzində videokonfrans yolu ilə olacağını deyən mənbə, strateji dialoqun siyasət, bölgədəki vəziyyət və İraqın bölgədə necə rol oynaya biləcəyini də əhatə edəcəyini bildirib.
 
“Danışıqlar yeni müzakirələr və İraqda yerləşən ABŞ qüvvələrinin gələcəyi və digər vacib məsələlər barədə fikir mübadiləsi üçün açıq bir platforma açacaq”, - deyə mənbə bildirib.
 
 
Bundan əvvəl Vaşinqtonun Bağdaddakı səfiri ABŞ-ın İraqla strateji dialoqunun İraqın üzləşdiyi təhdidlərin aradan qaldırılmasına yönəldiyini iddia etmişdi.

İraqın bəzi məlumatlı mənbələri İraq və ABŞ arasındakı strateji dialoqa üç məqamın daxil olacağını söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-06-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap