header

 Meksikada polisə qarşı etirazlar başlayıb

 Meksikada polisə qarşı etirazlar başlayıb

Meksikanın ikinci böyük şəhəri Quadalaxarada polis tərəfindən saxlanılan şəxsin ölməsi ilə bağlı etiraz aksiyası keçirilib.

“Report” “El Financiero”ya istinadən xəbər verir ki, ötən gün 30 yaşlı bənna Covanni Lopez polis tərəfindən inzibati pozuntuya görə saxlanılaraq polis ona qarşı güc tətbiq edib. Ertəsi gün ağır vəziyyətdə xəstəxanaya gətirildiyi qohumlarına bildirilən gəncin bir qədər sonra dünyasını dəyişdiyi ortaya çıxıb.

 
Yayımlanan videoda polis əməkdaşlarının Lopezi zorla maşına mindirdiyi, şahidlərin isə onun buraxılmasını xahiş etdikləri görünür.
 
Yerli KİV ölüm səbəbi kimi, kəllə-beyin zədəsini göstərsə də ailə üzvlərinin dediyinə görə, Ciovanninin bədənində çox sayda xəsarətlər, o cümlədən ayağında güllə yarası olduğunu bildiriblər.
 
“Reuters” xəbər verir ki, ictimai yerdə maska taxmamaq üstündə saxlanılan Ciovanni Lopezin ölümündən sonra hiddətlənən etirazçılar şəhərin tarixin mərkəzində bir neçə binaya ziyan vuraraq polis maşınlarını yandırıblar. Polislə etirazçılar arasında qarşıdurma baş verib. Xalisko ştatı qubernatoru Enrik Alfarovideomüraciətində toqquşmalar zamanı 6 nəfər polis əməkdaşının xəsarət aldığını, etirazçılardan 22 kişi və 2 qadın xeylaqının saxlanıldığını bildirib.
 
Xatırladaq ki, bu il mayın 25-də Minnesota ştatının Minneapolis şəhərində Corc Floydadlı qaradərili vətəndaşın polis əməkdaşı tərəfindən öldürülməsindən sonra baş qaldıran kütləvi etiraz və iğtişaşlar qısa müddət ərzində bütün ABŞ-a, hətta xarici ölkələrə də yayılıb.
Meksikanın ikinci böyük şəhəri Quadalaxarada polis tərəfindən saxlanılan şəxsin ölməsi ilə bağlı etiraz aksiyası keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-05-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap