header

 İğtişaşlar ABŞ-ı vurdu: dollar ucuzlaşdı

 İğtişaşlar ABŞ-ı vurdu: dollar ucuzlaşdı

ABŞ-da baş verən iğtişaşlar dolların məzənnəsinə təsirsiz ötüşməyib. Dollar ilk dəfə bütün valyutalar qarşısında dəyər itirib.

Tashaio.com xəbər verir ki. bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli son günlər neft bazarında yaşanan qiymət artımı və neftin 40 dollar səviyyəsinə qalxmasını şərh edərkən deyib. O qeyd edib ki, neft bazarında hazırda maraqlı vəziyyət yaranmaqdadır:
 
“Uzun zamandan sonra son iki ayın fyuçersləri 40 dolları keçdi. Təbii ki, bunun bir sıra səbəbləri var. Birincisi, növbəti günlərdə OPEK və Rusiya arasında görüşün olacağı gözlənilir. Bu görüşün başlıca mövzusu tərəflərin bu ay bitəcək razılaşmanı ilin sonuna qədər uzatmaq yolları olacaq. Xüsusilə bu məsələdə Səudiyyə Ərəbistanı daha maraqlıdır. Məsələ ondadır ki, tərəflər may-iyun aylarında neft bazarında sabitliyi təmin etmək və süni qiymət artımı yaratmaq üçün hasilatı azaltmaq yönündə razılığa gəlmişdilər. Bu razılaşmaya görə, hasilatın may ayı üçün 9.7 milyard barrel azalması nəzərdə tutulmuşdu. Sonrakı aylarda bu göstərici 7 milyard barrel, sentyabrda isə 6 milyard barrel olaraq azalmalı idi. Hazırkı təklif isə neft hasilatının 9.7 milyard barrel azalmasının yanvarın 1-nə qədər uzadılmasıdır. İkinci səbəb bir çox ölkənin karantin rejimindən çıxmasıdır. Bu isə gündəlik neftə olan tələbatın artmasına gətirib çıxarır. Gələn aydan etibarən bir çox aviaşirkətlərin uçuşları bərpa edəcəyi açıqlanıb. Üçüncüsü səbəb son günlər ABŞ-da baş verən kütləvi iğtişaşlardır. ABŞ-da iğtişaşların başlaması dolların qiymətinə də ciddi təsir etməyə başlayıb. Dolların son indeks göstəricilərində 4 punkt azalma baş verib. Onu da qeyd edim ki, dollar hazırda bütün valyutalar qarşısında ucuzlaşıb. Dolların ucuzlaşması özlüyündə neftə təsir edir. Yəni ucuz dollar həmişə nefti bahalı edən amilə çevirib”.
 
Ekspert deyib ki, neft bazarında hələ də ciddi problemlər qalmaqdadır:
 
“Hazırda bazarda satılan neftlə istehsal olunan neft arasında ciddi fərq var. Yəni bazarda hələ də kifayət qədər artıq neft qalıb. Digər tərəfdən, daşınma və saxlanma xərclərində də dəyişiklik olmayıb. Yəni qiymətin yüksəlməsi pozitiv amil olsa da, mövcud problemlər qalır. Bununla belə, neftin qiymətini 40 dollar səviyyəsində saxlanılması yönündə səylər artırılıb”.
ABŞ-da baş verən iğtişaşlar dolların məzənnəsinə təsirsiz ötüşməyib. Dollar ilk dəfə bütün valyutalar qarşısında dəyər itirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-04-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap