Rusiyanın qalan hissəsi ilə Murmanskı birləşdirən dəmiryol körpüsü çöküb
Posted on :
Digər sahələr
06/04/2020
Rusiyanın Murmansk vilayətində çay üzərindən keçən dəmiryol körpüsü çöküb.
Tashaio.com xəbər verir ki, körpünün dağılması ilə Murmansk vilayətinin digər bölgələrlə əlaqəsi kəsilib.
Rusiyanın qalan hissəsi ilə Murmanskı birləşdirən dəmiryol körpüsünün çökməsi ilə yüklərin və sərnişinlərin daşınması üçün alternativ variantlar axtarılır.
Hazırda sərnişinlər avtobuslarla daşınır. Vilayətin dolanışığı üçün qida və qeyri-ərzaq mallarının tədarükünün alternativ sxemi qurulub.