header

 ABŞ-dakı etirazlarda ən az 5 nəfər həyatını itirib

 ABŞ-dakı etirazlarda ən az 5 nəfər həyatını itirib

Qaradərili Corc Floydun mayın 25-də Minneapolis şəhərində polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlayan etiraz aksiyaları alovlanıb.

Tashaio.com xəbər verir ki, “Washington Post” qəzetinin məlumatına görə, aksiyalar zamanı polis və etirazçılar arasında baş vermiş  qarşıdurmalarda ən azı beş nəfər ölüb. 
 
Amerika KİV-ləri həmçinin indiyədək etiraz aksiyaları müddətində təxminən 4 100 nəfər polis tərəfindən saxlayıb. 
 
Vaşinqton şəhərindəki etirazçılar Ağ Ev ətrafından kənarlaşdırıldıqdan sonra küçələrdə dükanları dağıtmağa və zibil qutularını yandırmağa başlayıb.   
 
Bundan başqa etirazçılar Vaşinqtonun mərkəzində yerləşən ofis və ticarət evlərini dağıdıblar.  
 
Los Angeles şəhərində iğtişaşlar və etirazların böyüməsindən sonra bu şəhərdə fövqəladə vəziyyət elan edilib. 
 
ABŞ mediasında yer alan məlumatlara görə, 25 şəhərdə hərbi vəziyyət elan edilib. Həmçinin ABŞ Milli Qvardiyasını ölkənin bir neçə ştatında şəhərlərə yeridilib.  
 
 
Aşağıda ABŞ-da baş verən etirazları canlı izləyə bilərsiz: 

Qaradərili Corc Floydun mayın 25-də Minneapolis şəhərində polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlayan etiraz aksiyaları alovlanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-01-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap