header

 ABŞ-ın Detroyt şəhərində qarışıqlıqlar zamanı onlarla insan saxlanılıb, ölən var

 ABŞ-ın Detroyt şəhərində qarışıqlıqlar zamanı onlarla insan saxlanılıb, ölən var

ABŞ-ın Detroyt şəhərində polis zorakılığı nəticəsində afroamerikalının həlak olmasına etiraz əlaməti olaraq keçirilən aksiya zamanı 1 nəfər həlak olub, 40-dan çox insan saxlanılıb.

"Tashaio.com" xəbər verir ki, bu barədə yerli polisinin rəhbəri Ceyms Kreyqə istinadən “Detroit News” qəzeti bildirib.

 

Polis rəhbəri qeyd edib ki, naməlum şəxslər toplaşmış etirazçılara avtomobildən atəş açıblar. Bu zaman 1 nəfər ölüb. Onun sözlərinə görə, polis atəş açanların kim olduğunu bilmir, lakin həmin şəxslər polis əməkdaşları olmayıb. Hazırda silahlı şəxslər axtarılır.

 

Qeyd edək ki, artıq bir neçə gündür Minneapolisdə və digər şəhərlərdə etiraz aksiyaları keçirilir. Qarışıqlıqlara səbəb polisin zorakılığı nəticəsində afroamerikalı Corc Floydun həlak olmasıdır.

ABŞ-ın Detroyt şəhərində polis zorakılığı nəticəsində afroamerikalının həlak olmasına etiraz əlaməti olaraq keçirilən aksiya zamanı 1 nəfər həlak olub, 40-dan çox insan saxlanılıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-30-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap