header

 ABŞ-ın 10-dan çox şəhərində nümayişlər keçirilir - VİDEO

 ABŞ-ın 10-dan çox şəhərində nümayişlər keçirilir - VİDEO

ABŞ-ın Minnesota ştatında Corc Floyd adlı qaradərili vətəndaşın polis zorakılığı nəticəsində kameralar qarşısında öldürülməsindən sonra Birləşmiş Ştatların 10-dan çox şəhərində bir çox hallarda iğtişaşlarla müşayiət olunan mütəmadi nümayişlər keçirilir.

Tashaio.com xarici KİV-ə istinadla xəbər verir ki, artıq üçüncü gündür davam  edən nümayişlər nəticəsində Ağ Evə giriş müvəqqəti dayandırılıb.
 
Qeyd olunub ki, Atlantadakı nümayişçilər “CNN”nin qərargahının şüşələrini sındırıb və polisə boş şüşələr atıblar. Nümayişçilər hökumətin iğtişaşları dayandırmaq çağırışına məhəl qoymurlar. Atlantada ən azı yeddi nümayişçi saxlanılıb.
 
Şəhərlərdə avtomobillərin yandırılması barədə məlumatlar daxil olur. Nyu-Yorkun Bruklin bölgəsində nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
 
Nyu Meksiko ştatının Albukerke şəhərində bir neçə saat davam edən nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları dörd nəfəri tutub.
 
“Associated Press”in məlumatına görə, etiraz aksiyaları zamanı həddən artıq sərt davranan amerikalı polislər nümayişçiləri rezin güllələr və gözyaşardıcı qaz vasitəsilə dağıdır.
 
ABŞ-ın Detroyt şəhərində polis zorakılığı nəticəsində afroamerikalının həlak olmasına etiraz əlaməti olaraq keçirilən aksiya zamanı 1 nəfər həlak olub, 40-dan çox insan saxlanılıb.
 
Polis rəhbəri qeyd edib ki, naməlum şəxslər toplaşmış etirazçılara avtomobildən atəş açıblar. Bu zaman 1 nəfər ölüb. Onun sözlərinə görə, polis atəş açanların kim olduğunu bilmir, lakin həmin şəxslər polis əməkdaşları olmayıb. Hazırda silahlı şəxslər axtarılır.
 
Bundan başqa Kolumbus (Ohayo ştatı), Hyuston (Texas ştatı), Dallas (Texas ştatı), Finiks (Arizona ştatı), San Xose (Kaliforniya ştatı), Las Vegas (Nevada ştatı), Şarlott (Şimali Korolina şatatı) və ölkənin kiçik şəhərlərində də nümayişlər keçirilir.
 
Xatırladaq ki, Floydun ölümünə cavabdeh olan dörd polis əməkdaşı işdən azad edilsə də, hadisəni araşdırmaq üçün Minnesota Cinayət Prosessual Bürosu və Federal İstintaq Bürosu (FTB) tərəfindən iki fərqli istintaq aparılır. 
 

ABŞ-ın Minnesota ştatında Corc Floyd adlı qaradərili vətəndaşın polis zorakılığı nəticəsində kameralar qarşısında öldürülməsindən sonra Birləşmiş Ştatların 10-dan çox şəhərində bir çox hallarda iğtişaşlarla müşayiət olunan mütəmadi nümayişlər keçirilir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-30-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap