header

 ABŞ-da polisin qaradərilini qətl etməsindən sonra etirazlar şiddətləndi - FOTO

ABŞ-ın Minneapolis şəhərində qaradərili 46 yaşlı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsinə qarşı etirazlar artaraq davam edir.

Qaradərili Floydun öldüyü Minneapolis şəhərinin polis rəisi Con Elder son hadisələri qiymətləndirmək üçün mətbuat konfransı keçirib.
 
ABŞ-ın Nyu-York şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları Minnesota ştatının Minneapolis şəhərində polis tərəfindən saxlanılan afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar cümə axşamı keçirilən etiraz aksiyasında iştirak edən 40-dan çox adamı saxlayıb.
 
Yerli mediada gedən xəbərlərə və sosial şəbəkədə paylaşılan görüntülərə görə nümayişçilər Floydun öldüyü bölgənin yaxınlığında fərqli yerlərdə etiraz nümayişlərinə davam edir və ara-sıra polislə qarşıdurmalar da baş verir.
 
Polis rəisi Elder hadisədən çox kədərləndiklərini və şəhərdəki təhlükəli atmosferdə onların da payının olduğunu etiraf edib.
 
Digər tərəfdən, Floydun ölümünə səbəb olan polis zabitlərinin mühakimə olunması tələbi ilə başlayan etiraz nümayişlərində bəzi mağazaların da talan olunması görüntüləri Amerika mediasında göstərilir.
 
Qəzəbli izdiham bəzi ticarət mərkəzlərini, xüsusən yaxınlıqdakı böyük mağazalar şəbəkəsi olan Target mağazasını talan edib və bəzi müəssisələrlə iş yerlərini yandırıblar.
 
Bu arada, Minneapolis meri Yakob Frey, qubernator Tim Ualza zəng edərək, işlərin daha da böyüməməsi üçün Milli Qvardiya Korpusunu bölgəyə göndərməsini istəyib.
 
Mer Milli Qvardiyanın hadisələrə nəzarət etmək üçün polisə dəstək verməli olduğunu qeyd edib.
 
Qubernator Tim Ualz da rəsmi Tvitter hesabı üzərindən etirazçılara səslənib: “Bir xalq şousunda iştirak edərək ağrılarınızı hərəkətə keçirməyi planlaşdırırsınızsa, öz sağlamlığınızı və ətrafınızdakı insanların sağlamlığını qorumaq üçün dinc və təhlükəsiz bir şəkildə edin”.
 
Digər tərəfdən, Amerika mediasında gedən xəbərlərdə Floydun ölümü ilə başlayan etirazların bir sıra digər ştatlara da yayıldığı bildirilir.
 
Memfisdəki polis binasının qarşısına toplaşan izdiham, “Ədalət olmazsa sülh yoxdur” deyə qışqırıb, Los-Ancelesdə etirazçılar bir yolu bağlayıblar.
 
Xatırladaq ki, Floydun ölümünə cavabdeh olan dörd polis əməkdaşı işdən azad edilsə də, hadisəni araşdırmaq üçün Minnesota Cinayət Prosessual Bürosu və Federal İstintaq Bürosu (FTB) tərəfindən iki fərqli istintaq aparılır.

ABŞ-da polisin qaradərilini qətl etməsindən sonra etirazlar şiddətləndi

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-29-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap