header

 Milli Məclisin binası qarşısında ‘Qarabağda müharibə tələb edirik’ adlı aksiya

 Milli Məclisin binası qarşısında ‘Qarabağda müharibə tələb edirik’ adlı aksiya

Mayın 26-da bir qrup fəal Milli Məclisin binası qarşısında “Qarabağda müharibə tələb edirik” adlı mitinq keçirməyə cəhd edib.

Aksiya iştirakçılarının bildirdiyinə görə, onlar parlamenti deputatların ölkənin maraqlarını müdafiə etməməsində günahlandırırlar.
 
“Ermənilər Şuşanı paytaxt elan edirlər. Bizim parlamentin 99 deputatı isə İrandan Azərbaycanın işğal olunmuş ərazilərinə körpünün çəkilməsinə razılıq verir. Buna görə də biz etiraz edirik”, - iştirakçılardan biri deyib.
 
Hadisə yerinə gələn polis dəstələri etiraz aksiyasının  iştirakçılarını saxlayıb.
 
Müsavat Partiyasının üzvü İlqar Mahmud polis maşınında aparılıb. Digər 11 iştirakçı avtobusla polis bölməsinə aparılıb. Qalanları aksiya yerindən uzaqlaşdırılıb.
Mayın 26-da bir qrup fəal Milli Məclisin binası qarşısında “Qarabağda müharibə tələb edirik” adlı mitinq keçirməyə cəhd edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-27-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap