header

 Azərbaycanda bu sahədə böhran olacaq? – Qiymətləri qaldırırlar

 Azərbaycanda bu sahədə böhran olacaq? – Qiymətləri qaldırırlar

“Yenisabah.az”da dərc edilən “Azərbaycanda bu sahədə böhran olacaq? – Qiymətləri qaldırırlar” sərlövhəli məqalədə postpandemiya dövrndə turizmin perspektivi müzakirə olunur.

Müəllifə görə, iyunun 1-dən Azərbaycanda karantin rejiminin ləğvi gözlənilir, amma sərhədlərin açılması hələlik gündəmdə deyil, sərhədlər açılsa belə insanlarda yaranan xofa görə bu il xaricə çox üz tutulacağı gözlənilmir. 
 
Müəllif  əlavə edir ki, buna səbəb başqa ölkəyə səfər edənlər  getdikləri ölkədə, Azərbaycana gələnlər isə burada karantinə alınmasıdır və bundan irəli gələrək  insanların daha çox daxili turizmə meyl edəcəkləri gözlənilir.
 
Müəllif təxmin edir ki, daxili turizmə tələbatın artması istirahət məkanlarında qiymət artımı və yer qıtlığına səbəb ola bilər.
 
İqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, sərhədlərin açılmasından sonra belə ölkələrarası gediş-gəliş az olacaq, buna görə daxili  turizmdə nəzərəçarpacaq artımın olması mümkündür.
 
Ekspert ölkələrarası gediş-gəlişin az olacağını koronavirus epidemiyasının təkrar yayıla bilməsilə əlaqələndirir: “Bu da ciddi problemlər yaradar. Ona görə də ola bilər ki, daxili turizmə daha çox üstünlük verilsin”. 
 
N.Cəfərli bu səbəbdən böyük hotellərə də marağın çox olacağını düşünmür, rayonlarda xüsusi evlərə tələbatın daha çox artacağını, Bakıətrafı bağlarda bunun artıq müşahidə olunduğunu bildirir.
 
Ekspertə görə, son iki ildə regionlarda insanların öz evlərini icarəyə verməsi artıb, hazırlıqlar bu il də davam etsə yer qıtlığı olmaz.
 
N.Cəfərli hesab edir ki, hotellərdə böyük həcmdə qiymət artımı olmayacaq, çünki alıcılıq qabiliyyəti aşağıdır, səhv yoldur, yenə gəlirsiz və dövriyyəsiz qala bilərlər.
“Yenisabah.az”da dərc edilən “Azərbaycanda bu sahədə böhran olacaq? – Qiymətləri qaldırırlar” sərlövhəli məqalədə postpandemiya dövrndə turizmin perspektivi müzakirə olunur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-26-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap