header

 Həmas Siyasi Bürosu: İsrail təhlükəsinə qarşı hərtərəfli plan hazırlanmalıdır

 Həmas Siyasi Bürosu: İsrail təhlükəsinə qarşı hərtərəfli plan hazırlanmalıdır

Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyyə Fələstin mübarizəsi və Qüds şəhərinə qarşı İsrailin təhdidlərinə görə "hərtərəfli plan" hazırlamağa çağırıb.

Tashaio.com "dunyabulteni"ə istinadla xəbər verir ki, hər il Ramazan ayının son cümə gününə təsadüf edən "Dünya Qüds Günü" ilə əlaqədar Haniyyənin çıxışı Həmasın saytında yayımlanıb.
 
İ.Haniyyə Qüds şəhərinin yəhudiləşmə kimi bir çox təhlükəli planlarla qarşılaşdığını bildirdi və bütün İslam ölkələrini bu planlara qarşı çıxmağa çağırdı.
 
"Bu gün, xüsusən də yeni İsrail hökuməti Qərb Sahilinin 30-40 faizindən çox hissəsini ilhaq etmək və Qüdsü tamamilə ələ keçirmə strategiyasını qəbul edir və Məscidül-Əqsanın simasını dəyişdirməyə çalışması ilə əlaqədar böyük və təhlükəli bir problemlə üzbəüzük", - deyə Haniyyə bildirib..
 
Qüdsün ən təhlükəli təhdidlər və məhdudiyyətlərlə üzləşdiyini qeyd edən Haniyyə, "ABŞ və İsrailin Fələstin məsələsinin ləğvi və Qüdsü əsas tutan qondarma Yaxın Şərq sülh planının həyata keçirilməsi ilə bağlı çıxışlarını izləyirik", - söyləyib.
 
İ.Haniyyə sonda sionist rejimlə mübarizənin yeganə yolunun silahlı müqavimət olduğunu vurğulayıb. 
 
ABŞ prezidenti Donald Trampın 28 yanvarda Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında açıqladığı qondarma Yaxın Şərq sülh planında Qərb Sahilində qanunsuz yəhudi yaşayış məskənlərinin "İsrail torpağı" və Təl-Əviv olaraq qəbul edilməsi maddələri yer alır.
Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyyə Fələstin mübarizəsi və Qüds şəhərinə qarşı İsrailin təhdidlərinə görə "hərtərəfli plan" hazırlamağa çağırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-21-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap