header

 Əl-Məyadin Şəhid Qasım Süleymaninin Fələstin komandirinə məktubunu yayımladı

 Əl-Məyadin Şəhid Qasım Süleymaninin Fələstin komandirinə məktubunu yayımladı

Livanın Əl-Məyadin agentliyi İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds Korpusunun komandiri şəhid general-leytenant Hacı Qasım Süleymaninin HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam briqadalarının komandiri Muhəmməd Dayfa şəhid olmamışdan əvvəl yazdığı məktubun mətnini yayımlayıb.

Tashaio.com Almayadeen-ə istinadən xəbər verir ki, bu məktubda şəhid Q.Süleymani Məhəmməd Dayfı yaşayan, cəsur və dəyanətli şəhid və müqavimət üzvü kimi təsvir edir və “Pak Cəbhədə” (Fələstinə) cihad etmək istəyindən və Əl-Əqsa məscidi kimi İslam müqəddəslərinə dəstək olmaqdan danışır.

 

Bu məktubda şəhid Q.Süleymani cəsur Fələstin xalqına salam göndərir. “Hamınız əmin ola bilərsiniz ki, təzyiqləq nə qədər artsa da və sanksiyalar və iqtisadi blokada nə qədər olursa olsun, İran Fələstini heç vaxt tək qoymayacaq”.

 

Məktubda şəhid Süleymani HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və həmkarlarını salamlayır, özünü əsgər və müqavimət döyüşçüsü kimi təsvir edir: “Fələstini qorumaq bizim üçün bir şərəfdir və biz bu vəzifədən əsla heç bir dünya malına görə imtina etməyəcəyik. Fələstinin dostları bizim dostlarımız, düşmənləri isə düşmənlərimizdir və bu həmişə İranın siyasəti olub və olacaq.

 

Fələstini müdafiə etmək İslamı müdafiə etməyin bir nümunəsidir. Fəryadınızı eşidən və bu fəryada cavab verməyən hər bir kəs müsəlman deyil.

 

Allahın köməyi ilə qələbə şəfəqi tezliklə gerçəkləşəcək və üsyankar sionistlərin ölüm zəngləri çalınacaq”.

 

Şəhid Hacı Qasım Süleymani məktubunun sonunda isə, Allahdan Fələstin üçün şəhadətə çatdırmasını dilədiyini bildirərək, belə yazıb: “Ümid edirəm ki, Allah bizə sizinlə bərabər uğurlar gətirəcək və Fələstin yolunda şəhid olmağımızın ümidi barədə məlumat verəcək”.

Livanın Əl-Məyadin agentliyi İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds Korpusunun komandiri şəhid general-leytenant Hacı Qasım Süleymaninin HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam briqadalarının komandiri Muhəmməd Dayfa şəhid olmamışdan əvvəl yazdığı məktubun mətnini yayımlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-20-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap