Qüds günü ilə bağlı maraqlı aksiya başladı
Posted on :
Digər sahələr
05/20/2020
Beynəlxalq Qüds günü münasibətilə Fələstin xalqına dəstək aksiyasına start verilib.
Tashaio.com xəbər verir ki, sosial aksiyanın məqsədi dünyanın diqqətini işğal altında olan Fələstin dövlətinə yönəltməkdir. #FlyTheFlag (Bayraq dalğalandır) həştaqı ilə təşkil olunan aksiyanın keçirilmə forması isə daha maraqlıdır.
Belə ki, 19-22 may tarixlərində Fələstin bayrağı ilə hər hansı bir formada foto çəkdirərək qeyd olunan həştaq ilə paylaşmaq və ən azı 5 dostunu bu aksiyaya cəlb etmək istənilir.
Qeyd edək ki, 1982-ci ildə İmam Xomeyninin (r.) təşəbbüsü ilə Mübarək Ramazan ayının son cümə günü Qüds Günü elan olundu. Beynəlxalq Qüds günündə dünyanın müxtəlif ölkələrində müsəlmanlar , torpaqları işğal olunmuş və zülmə məruz qalmış Fələstin xalqına dəstək çıxaraq dolaysıyla dünyada baş verən işğalçı siyasətə öz etirazlarını bildirirlər. Bu il Beynəlalq Qüds günü may ayının 22-nə təsadüf edir.