header

 Ayətullah Xameneinin nümayəndəsi : Qarabağın işğalı bizim qəlbimizdə böyük bir qüssədir

 Ayətullah Xameneinin nümayəndəsi : Qarabağın işğalı bizim qəlbimizdə böyük bir qüssədir

Ali Rəhbərin Ərdəbil vilayətində nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Ayətullah Seyyid Həsən Amuli son zamanlarda Xüdafərin körpüsü ətrafında danışılanlara münasibət bildirib.

Tashaio.com "Mehr"ə istinadla xəbər verir ki, məsələ ilə Ayətullah Seyyid Həsən Amuli bağlı bildirib:
 
"Bizim keçmiş tariximiz, mədəniyyətimiz, dinimiz, dilimiz, ləhcəmiz, əcdadlarımız, qəbilələrimiz, incəsənət xadimlərimiz, şairlərimiz, fəqihlərimiz, təqlid mərcələrimiz, qəhrəmanlarımız və qəhərmanlıq dastanlarımız və ... bütün bunlar birdir. Onların izzət və başucalığı bizim izzətimizdir. Onların dərd və sıxıntısı bizim dərdimiz və sıxıntımızdır, Qarabağın işğalı bizim qəlbimizdə böyük bir qüssədir. Qarabağın işğalını öz torpaqlarımızın işğalı kimi hiss edirik. Bu günlərdə  mediada İran əleyhinə bəzi yazılara rast gəlinir.  Zəhmət olmasa bunu da yazsınlar ki, ABŞ-ın artıq onuncu ştatı qondarma “Qarabağ respublikası”nı rəsmən tanıyıb və senatın rəhbəri artıq bu sənədi imzalayıb. Yazsınlar ki, qondarma republikanın bütün büdcəsi ABŞ tərəfindən təmin olunur. Yazsınlar ki, ABŞ oraya getmək üçün viza rəsmiləşdirir. Yazsınlar ki, birləşmiş ştatlar BMT TŞ-nın Qarabağ barəsində qəbul etdiyi qətnamələrin icrasına mane olur. Azərbaycan xalqı diqqətli olmalı və bilməlidir ki, nə üçün bu gün Azərbaycanın İran əleyhinə ssneraristləri Amerikanın Qarabağ barəsindəki cinayətlərindən bir kəlmə də danışmır və yazmırlar? Nə üçün Qarabağın işğal olunmasının əsas səbəbkarının ABŞ oldğunu yazmırlar?."
Ali Rəhbərin Ərdəbil vilayətində nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Ayətullah Seyyid Həsən Amuli son zamanlarda Xüdafərin körpüsü ətrafında danışılanlara münasibət bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-18-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap