İslami gözəl yazı sənəti ‘hüsnü-xətt’ dünyaya tanıdılacaq
Posted on :
Digər sahələr
05/16/2020
Əsrlər boyu böyük xəttatların əl işi və heyranedici bir sənət olan "hüsnü-xətt" dünyaya tanıdılacaq.
Tashaio.com xəbər verir ki, Türkiyədə İslami gözəl yazı sənəti " hüsnü-xətt "in bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanıtdırılması və bu sənətlə bağlı beynəlxalq şüurun artırılması üçün təqdimat filmi hazırlanıb.
İstanbulun Çamlıca məscidi ilə birlikdə tarixi yerlərindən görüntüləri özündə cəmləşdirən filmdə, Qurani-Kərim əlyazmaları, Xəttat Həsən Çələbi və Fuat Basar kimi şəxslərin əsərləri yer alıb.
Film Türk və İngilis dillərində hazırlanıb və 10 dəqiqə davam edir.
Film ‘hüsnü-xətt’in bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınması üçün YUNESKO-a təqdim olunacaq.