header

 Seyid Həsən Nəsrullah: “İran və Hizbullah Suriya hadisələrini doğru şəkildə qiymətləndirdi”

 Seyid Həsən Nəsrullah: “İran və Hizbullah Suriya hadisələrini doğru şəkildə qiymətləndirdi”

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İran və Hizbullahın Suriyadakı hadisələri ən doğru şəkildə qiymətləndirdiyi üçün terrorla mübarizədə Suriya hökumətinə kömək etmək qərarına gəldiklərini bildirib.

Tashaio.com Mehrnews-a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Seyid Mustafa Bədrəddinin şəhadətinin növbəti ildönümü münasibəti ilə çıxış edib.

 

Çıxışında Həzrət İmam Əlinin (ə) şəhadətinin ildönümü ilə əlaqədar İslam dünyasına başsağlığı verən Seyid Həsən Nəsrullah, belə davam edib: “Həzrət Əli (ə) İslam dünyasında ilk təkfirçilik (xəvaric) məsələsinə qarşı çıxdı. Onlar insanları ən kiçik şübhə və qətllərlə qəsdən öldürüb, cinayətlər törədirdilər. Onlara qarşı çıxmaq üçün həzrət Əli (ə) kimi böyük bir liderə ehtiyac var idi. Bu gün yenə eyni problemlə qarşılaşırıq. Dünən Kabildəki bir doğum evi xəstəxanasına edilən silahlı hücumda bunun bariz nümunəsini gördük”.

 

2016-cı ildə Suriyanın paytaxtı Dəməşqdə təkfirçi terrorçuların təşkil etdiyi hücumda şəhid olan Hizbullahın komandiri Mustafa Bədrəddinin həyat hekayəsini qiymətləndirən Seyid Həsən Nəsrullah, belə deyib: “Şəhid Bədrəddin əhvalını yüksək tutan güclü bir xasiyyəti var idi. Depressiyaya məruz qalmış bir insanın hadisələr qarşısında zəiflik göstərə biləcəyinə və hər şeyi yaxşı həll edə bilməyəcəyinə inanırdı”.

 

Seyid Həsən Nəsrullah “Zülfüqar” ləqəbi ilə tanınan şəhid Bədrəddinin Suriyadakı vacib rolundan bəhs edərək, şəhidin Suriya ordusuna terrorla mübarizədə kömək etdiyini xatırladıb: “2011-ci ildə Ərəb Baharı təhlükəli məqsədlər üçün istifadə edildi. ABŞ-İsrail rejimi-Səudiyyə rejimi planları Suriyanı idarə etmək üçün ortaya atıldı. Türkiyə, Qətər, ərəb və bəzi Avropa ölkələri bu planı dəstəklədi. Bu plan Suriyaya hakim olmaq üçün idi.

 

Əgər Bəşər Əsəd onların istədiyi yanaşmanı qəbul etsəydi, bunu iqtidarda saxlamaları üçün heç bir problem yox idi. Məsələ Suriya dövləti və ya xüsusi bir ad deyildi, əsl problem Suriyanın ABŞ-ın təsiri və hökmranlığından kınarda qalması idi. Çünki siyasi cəhətdən müstəqil idi, neft və qaza sahib idi.

 

Suriya kasıb və zəif bir ölkə deyildi. Ərəb dünyasının mərkəzindədir. Məqsəd Suriyanın ABŞ-ın hakimiyyəti altında olması, İsrail rejimini tanıması və Qüdsü və Fələstini unutması idi. Biz və iranlı qardaşlarımız Suriyadakı vəziyyəti düzgün qiymətləndirdik. Suriyaya qarşı dünya müharibəsi başladılmışdı. Lakin Suriya dünya imperializminə və Qərbin təzyiqlərinə qarşı müqavimət göstərdi. Ona görə də Suriyanı diz çökdürmək istəyirdilər. Bu hadisələri qiymətləndirərək, Suriya hökumətinə yardım etmək və ABŞ-ın planlarını pozmaq üçün Suriyaya getməyi düşündük”.

 

İranın Suriyanın daxili işlərinə qarışdığı iddialarını rədd edən Seyid Həsən Nəsrullah, İranın yalnız ABŞ-ın planları qarşısında hərbi məsləhətləşmə ilə Suriya ordusuna kömək etdiyini bildirib.

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İran və Hizbullahın Suriyadakı hadisələri ən doğru şəkildə qiymətləndirdiyi üçün terrorla mübarizədə Suriya hökumətinə kömək etmək qərarına gəldiklərini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-14-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap