header

 Ekspert: ‘Ölkədə kifayət qədər ciddi işsizlik problemi var’

 Ekspert: ‘Ölkədə kifayət qədər ciddi işsizlik problemi var’

“Yeni Sabah.az” “Ölkədə kifayət qədər ciddi işsizlik problemi var” - sərlövhəli məqalədə ölkədə işsizlik problemi müzakirəyə çıxarılır.

Ekspert deyir ki, ölkədə rəsmi şəkildə işsizliyin 5 faiz civarında, təxminən 500 min işsiz olduğu bildirilir, amma koronavirusla mübarizə çərçivəsində 600 min işsiz insana (buraya karantinə görə işini itirənlər də daxildir) 190 manat birdəfəlik yardım göstərilib.
 
Ekspert vurğilayır ki, işsiz olduğu halda yardım ala bilməyənlər də var, buna səbəb isə bəzilərinin sosial yardım alması, adlarına ev və maşınların olması, ailə vəziyyətini düzgün qeyd etməməsidir. Təbii ki, sadalanan faktorlar onların işsiz olmadığı mənasına gəlmir, sadəcə, standartlara uyğun gəlmədilər.
 
Bundan irəli gələrək müəllif tələblərə uyğun gəlməyən işsiz şəxsləri də nəzərə almaqla ölkədə ümumi işsizlərin sayının nə qədər olması sulaını ortaya qoyur.  
 
Ekspertə görə, koronavirus pandemiyası göstərdi ki, işsizlik faizi ilə bağlı rəsmi statistik rəqəmlər həqiqəti əks etdirmir: “...Koronavirus pandemiyası bu yalanı sübut etdi. İstər işsizlər haqqında, istər ölkədəki yoxsulluğun faizi haqqında verilən statistik rəqəmlərin həqiqəti əks etdirmədiyi ortaya çıxdı”.
 
Ekspert hesab edir ki, ölkədə işsizliklə bağlı fərqli mənzərə var, 190 manat üçün 2 milyona yaxın adam müraciət eləsə də 600 min nəfərə yardım göstərilib. “Heç yardımın sona qədər edilib-edilmədiyi də məlum deyil. Bütün bunlar onu göstərdi ki, ölkədə kifayət qədər ciddi işsizlik problemi var, proses get-gedə artır” deyə ekspert bidirir.
 
Onun fikrincə, şox sayda insanlar var ki, abırlarına qısılaraq müraciət etməyiblər, yaxşı olar ki, yanaşmanı dəyişsinlər, həqiqəti ortaya çıxarsınlar.
“Yeni Sabah.az” “Ölkədə kifayət qədər ciddi işsizlik problemi var” - sərlövhəli məqalədə ölkədə işsizlik problemi müzakirəyə çıxarılır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-12-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap