header

 Almaniyada ‘Məhəmməd’ ən çox üstünlük verilən addır

 Almaniyada ‘Məhəmməd’ ən çox üstünlük verilən addır

Almaniya üçün Dil Cəmiyyəti (Gfds) 2019-cu ildə ölkədə doğulan körpələrə verilən adlara dair statistik göstəricilərini açıqlayıb.

Tashaio.com xəbər verir ki, hesabata görə, Berlin əyalətində 2019-cu ildə doğulan 21 min 622 uşaqdan 283-ünə "Məhəmməd" adı verilib.
 
Bremen əyalətində də ötən il doğulan 5 min 277 uşaqdan 74-nə "Məhəmməd" adı qoyulub.
 
Beləliklə 2019-cu ildə iki əyalətdə "Məhəmməd" adının uşaqlara ən çox verilən ad olduğuna diqqəti çəkilib.
 
"Məhəmməd" adı ayrıca Hessen əyalətində də ən çox üstünlük verilən adlar arasında 3-cü, Saarland əyalətində də 8-ci sırada yer alıb.
 
Ümumilikdə Almaniyada ən çox üstünlük verilən adlar siyahısında "Məhəmməd" 21-ci, "Əli" 73-cü və "Malik" 76-cı olub.
 
Qız uşaqlarına ən çox verilən adlar siyahısında "Leyla" 56-cı, "Amirə" 91-ci və "Əlif" 94-cü olub.
 
Siyahıya görə, ölkə daxilində 2019-cu ildə qız uşaqlarına ən çox "Hanna", oğlan uşaqlarına isə "Nuh" adı verilib.
Almaniya üçün Dil Cəmiyyəti (Gfds) 2019-cu ildə ölkədə doğulan körpələrə verilən adlara dair statistik göstəricilərini açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-12-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap