header

 Qərb idarəetmə, sosial fəlsəfə və əxlaq sahələrində məğlub oldu

 Qərb idarəetmə, sosial fəlsəfə və əxlaq sahələrində məğlub oldu

Ali Rəhbər Ayətullah Xamenei ötən gün Korona ilə Milli Mübarizə Qərargahının üzvləri və 21 əyalətin rəhbərinin iştirakı ilə təşkil edilmiş iclasa birbaşa internet üzərindən canlı qoşuldu.

Tashaio.com "Leader.ir" saytına istinadla xəbər verir ki, O, xalqın və məsul şəxslərin bu sahədə sosial-mədəni, müalicə, gigiyena, elmi, idarəetmə və xidmətlər kimi müxtəlif sahələrdə göstərdikləri fəaliyyətin böyük və əzəmətli bir cihad hərəkatı olduğunu dedi və bu milli səy və fədakarlığın qeydə alınması, yeniləndirilməsi və peşəkarlıqla canlandılmasının zəruriliyini vurğuladı: “Əziz İran xalqı öz mətin və səbirli davranışı ilə insafən, özünü yaxşı göstərərək İslam-İran mədəniyyətini nümayiş etdirdi”.
 
Ali Rəhbər iclasda verilən çox gözəl və aydınlaşdırıcı məlumatlara görə minnətdarlığını bildirərək korona ilə mübarizədə gecə-gündüz bilmədən fəaliyyət göstərmiş məsul şəxslərə təşəkkür etdi. O, bu sahədə xalqa və məsul şəxslərə böyük uğur bəxş etdiyi üçün Allah-taalaya şükür etdi.
 
Ayətullah Xamenei Allahdan əzizlərini itirmiş bütün insanlara başsağlığı, dünyasını dəyişmiş insanlara rəhmət, Korona xəstəliyinə yoluxmuş hər kəsə və bütün xəstələrə şəfa, bu cihad hərəkatının şəhidlərinə uca dərəcələr dilədi.
 
Ali Rəhbər xalqın və məsul şəxslərin son aylar əldə etdikləri nailiyyətlərdən söz açaraq dedi: “Müalicə, müxtəlif növ tibbi, profilaktik, tədqiqat, ictiami mərkəzlər və ətraf mühitin dezinfeksiyası kimi müxtəlif xidmət sahələri həqiqətə, böyük işlərdir və təşəkkürə layiqdir”.
 
O, müxtəlif qurumlar, o cümlədən elm əsaslı şirkətlərin ləvazimat və təchizatların istehsalı, insanların səhiyyə üçün lazım olan vasitələrin hazırlanması və istehsalı sahəsində göstərdikləri səy və fəaliyyətlərin qürurverici olduğunu dedi.
 
Ayətullah Xamenei rifah xidmətləri, xalq, bəsic, silahlı qüvvələr və bütün qurumların bu sahədəki xidmətlərini xaqlın xidmətlər çoxluğu və genişliyi baxımından mömincəsinə və heytrətamiz bir hərəkət olduğunu dedi: “Bu böyük hərəkət və insanların səhnədə olması Allahın iradəsi və qüdrəti olmadan qeyri-mümkündür”.
 
Könüllü qüvvələrin ağır və təhlükəli işlərdəki iştirakı İnqilabın Rəhbərinin xalqın qürurverici fəaliyyətinin başqa bir yönü olduğunu dedi.
 
O dedi: “Tibb bacı və qardaşları, həkimlər, müalicə-səhiyyə işçilərinə dəfələrlə təşəkkürümü bildirmişəm. Yeri də var. Ancaq bunlarla yanaşı ağır və təhlükəli işlərə, o cümlədən, qüsül, kəfən və dəfn kimi ağır işlərə girişərək bu ağır işləri öz üzərlərinə götürmüş gənc könüllülər, bəsicilər və tələbələrə də təşəkkür etmək lazımdır”.
 
Ayətullah Xamenei bildirdi ki, universitetlər və bəzi elmi mərkəzlərin bu dəyişkən virusun müəyyən edilməsi, korona ilə mübarizə vaksini və dərmanının tapılması sahəsində apardıqları elmi və tədqiqat fəaliyyətləri iranlıların qürurverici cəhətlərindəndir. O, ölkə gənclərinin tezliklə bu sahədə də uğura imza atacağına və iranlı istedadını bir daha dünyaya göstərəcəyinə ümidvar olduğunu dedi.
 
O, Korona ilə Milli Mübarizə Qərargahı və Səhiyyə Nazirliyinin proqram və idarəetməsinin çox yaxşı olduğunu dedi: “Bu milli fəxrlər qeydiyyata alınmalıdır”.
 
 Ayətullah Xamenei xalqın ümumi mübarizəsinin İslam və inqilab mədəniyyətinin təzahürləri üçün bir meydan olduğunu dedi: “Bu iş bir çox məqamlarda Müqəddəs Müdafiə dövrünün xidmətləri və dəstəyinin xoş ətrini ölkəyə yenidən yaydı”.
 
O, ciddi bir tələblə arzu etdi ki, ədəbiyyat və incəsənət adamları Şəhid Avini kimi danışıqları, yazıları, incəsənət fəaliyyətləri ilə bu böyük xalq mübarizəsini incəlikləri ilə çatdırsınlar və tarixdə əbədiləşdirsinlər.
 
Ali Rəhbər xalqın Korona ilə mübarizəsindəki mətin və səbirli davranışını yüksək qiymətləndirərək dedi: “Bu hadisələr, adətən, dolanışıq xəsrcləri ilə bağlı narahatlıqlar yarada bilər. Bəzi ölkələrdə gördük ki, satış mərkəzlərinə hücumlar xüsusi halların baş verməsinə səbəb oldu. Lakin əziz İranda bu cür davranışlar qətiyyən görünmədi. İnsanlar özlərini bu sahədə də insafən, mətanət və dəyanətlə göstərdilər”.
 
Ali Rəhbər  son ayları bir cəhətdən də ümumi “evdəqal dövrü” adlandırdı: “Bu dövrdə ailənin İslam-İran mədəniyyətindəki yeri və rolu daha da aşkar oldu. Halbuki ailənin doğru-düzgün təməl və mənası olmadığı ölkələrdə “ümumi evdəqal dövrü” bu cür dözülən və dərk edilən deyil”.
 
O əlavə etdi: “Bu sahədə səbir və dözümlə ev və ailənin daha yaxşı idarə edilməsində rol oynamış qadının zəhmətlərini xüsusilə vurğulamaq lazımdır”.
 
Ayətullah Xamenei çıxışının başqa bir yerində diqqətləri Qərbin Korona ilə beynəlxalq mübarizə sahəsindəki məğlubiyyətinə yönəltdi: “Qərb və qərbpərəstlər bu məğlubiyyətin görünməsini istəmirlər. Ancaq bu bacarıqsızlığın ayrı-ayrı yönləri araşdırılıb elan edilməlidir. Çünki xalqların onlar üçün əhəmiyyətli olan talelərinin seçimində bu məlumatlara ehtiyacları var”.
 
O, Qərbin idarəetmə imkanlarının çökməsinə işarə edərək dedi: “Başqa ölkələrlə müqayisədə Korona ABŞ və Avropada daha gec yayıldı. Yəni bu ölkələrin bu virusla mübarizə aparmaq üçün hazırlıqları var idi. Ancaq lazım olduğu qədər bacarmadılar. ABŞ və bəzi Avropa ölkələrində bu xəsətliyə yoluxan və ölənlərin statistikası bu ölkələrdəki müxtəlif problemlər, o cümlədən işsizlik bu acizlikləri sübuta yetirir”.
 
Ali Rəhbər Korona ilə mübarizədə Qərbin sosial fəlsəfəsinin də tənəzzülə uğradığını dedi: “Qərbdən sosial fəlsəfənin ruhu və məzmunu pul və maddiyyat üzərində möhkəmlənmişdir. Bu səbəbdən də korona ilə mübarizədə yaşlılar, xəstə, pulsuz və əlil insanlara etinasızlıq göstərdilər. Çünki bu adamların pul qazanıb maddi imkan əldə etmək imkanları yoxdur. Buna görə də qoclar evində çoxlu sayda yaşlı insan canını tapşırdı ki, bu gerçəkliklər də Qərbin sosial fəlsəfəsinin məğlubiyyətinin gerçəkliklərini üzə çıxarır”.
 
Ümumi əxlaq nümayişi sahəsində məğlubiyyət Ali Rəhbərinin qərblilərin acizliklərinin müxatəlif yönlərinin tədqiqi ilə bağlı qeyd etdiyi digər bir məsəl oldu.
 
O, mağazalara hücum və digər problemlərə işarə edərək dedi: “Qərblilər bütün iddialarına baxmayaraq, bu sahədə də məğlubiyyətə uğradılar. Bu gerçəkliklər hər kəsə çatdırılmalıdır”.
 
Ali Rəhəbr  çıxışının sonunda iki məsələni vurğuladı: “Səhiyyə və müalicə şəbəkəsinə əhəmiyyət verilməsi, məscidlər və dua mərkəzlərinin bağlanıb-bağlanmaması ilə bağlı dəqiq araşdırmalar aparılması”.
 
O, birinci məsələ ilə bağlı belə dedi: “Müalicə Səhiyyəsi Şəbəkəsinin çox böyük əhəmiyyəti var. Güman edildiyi və təkrar-təkrar deyildiyi kimi, bu virusla yenidən qarşılaşarıqsa, bu şəbəkə onunla mübarizədə çox böyük köməklik göstərə bilər”.
 
Ayətullah Xamenei çıxışının sonunda məscid və müqəddəs məkanlarda dua, namaz və ibadətlə bağlı cavabsız bir sual ünvanladı: “Mən bu məsələ ilə bağlı heç bir təklif irəli sürmürəm. Korona ilə Milli Mübarizə Qərargahının mütəxəssis rəyini əsas götürürəm. Ancaq nəzərə almaq lazımdır ki, ibadətlər və təvəssül, xüsusilə Ramazan ayı və qədr gecələrində xalqın əsas və qəti ehtiyaclarındandır. İnsanların mühüm hadisələr zamanı da Allahla ünsiyyətə böyük ehtiyacları vardır. Əlbəttə, inanıram ki, bu sahədə çox ciddi qaydalar da tətbiq olunsa, mömin və məscid əhli olan insanlar heç şübhəsiz hər kəsdən daha çox əməl edəcəklər”.
 
Ali Rəhbər çıxışnın bu hissəsini yekunlaşdırarkən dedi: “Qeyd etdiyim kimi, Koronavirsula Milli Mübarizə Qərargahının mütəxəssis rəyini mötəbər hesab edirəm. Ancaq bu tədqiqatı dua və təvəssülün həqiqəti və zərurətini dərk edən adama tapşırmaq lazımdır. Artıq bundan sonra onlar hansı qərarı qəbul etsələr, mən və bütün əhali ona əməl edəcək”.
 
 
 
 
 

Ali Rəhbər Ayətullah Xamenei ötən gün Korona ilə Milli Mübarizə Qərargahının üzvləri və 21 əyalətin rəhbərinin iştirakı ilə təşkil edilmiş iclasa birbaşa internet üzərindən canlı qoşuldu.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-11-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap